Krımda tatarlara qarşı repressiyalar başladı, Mustafa Cəmil Krımoğlunun evində axtarış aparılır


Ukraynanın Krım bölgəsində tatarlara qarşı təzyiqlər başlayıb. APA TV-nin məlumatına görə, Krım tatarlarına separatçı rejim tərəfindən kütləvi terror ittihamı irəli sürülür və onların evlərində axtarış aparılır.

Bu barədə Krım Tatar Məclisinin mətbuat katibi Əli Həmzin Ukrayna mətbuatına açıqlamasında deyib. Onun sözlərinə görə, Krım tatarlarının lideri Müstafa Cəmil Krımoğlunun iştirakı olmadan evində axtarış aparılıb. Əli Həmzin özünün də evində axtarış aparıldığı barədə məlumat verib.

Son günlər ərzində 150 Krım müsəlmanı milis şöbələrinə aparılıb. Onların barmaq izləri götürülüb, məscidə niyə getdikləri soruşulub.

Əli Həmzin Krım tatarlarının təhlükəsizliyinin beynəlxalq səviyyədə təmin olunmasının vacibliyini vurğulayıb. Onun sözlərinə görə, məsuliyyəti tək Rusiya deyil, həm də Budapeşt memorandumunun zaminləri daşıyır.

Müəllif | Apa.Tv
Apa.tv