Rusiyanın peyki göylərə uça bilmədi...

"Rusiyanın 200 milyon avroluq raketi atmosferdə parçalanıb. Raketin hissələrinin düşə biləcəyi rayonlar müəyyənləşdirilir”.

APA TV-nin İTAR-TASS-a istinadən xəbərinə görə, bu barədə Rusiya Federal Kosmik Agentliyinin nümayəndəsi bildirib:: "“Baykonur” kosmodromundan bu gecə saat 01.42-də səmaya buraxılan “Proton-M” daşıyıcı raket “Ekspress-AM4R” rabitə peyki ilə birlikdə atmosferin qalın qatında parçalanaraq yanıb. Raketin ayrı-ayrı xırda hissələri Yerə düşə bilər. Raketin hissələrinin düşə biləcəyi rayonlar müəyyənləşdirilir".

 

Qəzanın səbəbləri müəyyənləşənədək “Baykonur” kosmodromundan “Proton-M” daşıyıcı raketlərin orbitə buraxılması dayandırılıb. 

 

Qeyd edək ki, raketin düşməsi nəticəsində itirilən “Ekspress-AM4R” peykin dəyəri 1 mlrd rubl  (200 mln avro) olub və Rusiyanın indiyədək istehsal etdiyi ən güclü rabitə peyklərindən biri olub.

 

Müəllif | Apa.Tv
Sevinc Vaqifqızı