Bakıda avtomobil 7 yaşlı məktəblini vurub, uşaq hadisə yerində ölüb


Bakıda məktəblini maşın vurub. Bakı şəhər Baş Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə mayın 15-də saat 17:30 radələrində Xəzər rayonu Buzovna qəsəbəsi ərazisində qeydə alınıb.

1988-ci il təvəllüdlü Samir Ağayev idarə etdiyi «VAZ-2107» markalı avtomobillə 2007-ci il təvəllüdlü Emin Kərimovu vurub. Emin Kərimov aldığı xəsarətdən hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.
 

Müəllif | Apa.Tv