Rusiyada 3 azərbaycanlı brakonyer tutuldu

Xəzər dənizinin Rusiya sahillərində qanunsuz balıq ovu ilə məşğul olan 3 azərbaycanlı saxlanılıb. APA TV-nin xəbərinə görə, onlar əməllərini hər biri 200 at gücündə olan "Yamaha" tipli iki motorlu qayıqla həyata keçiriblər. Brakonyerlər sərhəd xidməti əməkdaşlarının dayanmaq əmrinə tabe olmadıqları üçün bir müddət izlənildikdən sonra saxlanılıblar. Qayıqdan qurulmuş torların koordinatları daxil edilmiş naviqasiya qurğusu aşkar edilib. Bununla suyun altından 1 kilometr yarım tor çıxarılıb. Tora düşən 486 canlı nərə balığı suya buraxılıb.

 

Azərbaycanlıların saxlanılması faktı ilə bağlı araşdırma aparılır.

 

Müəllif | Apa.Tv