Azərbaycanlı tələbələrin Ukraynadan çıxarılmasına qərar verildi!

Ukraynadan xarici tələbələrin çıxarılması ilə bağlı qərar verilib. Ukraynada vəziyyətin günü-gündən gərginləşməsi, ölkənin Rusiya ilə açıq müharibə vəziyyətində olması burada təhsil alan xarici tələbələrdən də yan keçməyib.

 

Ukraynanın təhsil naziri Sergey Kvit bununla artıq qərar imzalandığını deyib: "Artıq ölkə rəhbərliyi xarici tələbələrin Ukraynadan çıxarılması üçün müvafiq qərarlar verib. Təhsil nazirinin imzaladığı əmrə əsasən Ukrayna ali tədris müəssisələrində təhsil alan tələbələr ölkəni tez bir zamanda tərk etməlidirlər. Əmrdə xüsusi olaraq, qeyd olunub ki, xarici ölkə vətəndaş olan və Ukraynada ali təhsil alan tələbələr yaz sessiyasını vaxtından əvvəl verməlidirlər. Ukraynanın cənub-şərq bölgəsində təhsil alan tələbələrə xüsusi xəbərdarlıq edilib. Yaz sessiyasında imtahan verə bilməyənlər isə kəsirlərini sentyabrda ödəyə bilərlər".

 

APA TV-nin xəbərinə görə, bir müddət əvvəl Azərbaycan Təhsil Nazirliyi də Ukraynada oxuyan tələbələrimizə bu ölkədəki vəziyyətlə bağlı xəbərdarlıq etmişdi.

 

Müəllif | Apa.Tv
Sevinc Vaqifqızı