Hava gündən-günə isinir: 37 dərəcə isti olacaq

Hazırda ölkə ərazisində müşahidə olunan havanın hərarəti iqlim normasından yüksəkdir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun qrup rəhbəri Fərqanə Həsənovanın APA TV-yə verdiyi məlumata görə, ötən gün Bakıda havanın temperaturu iqlim normasından 3-4 dərəcə yüksək olub. Yaxın 2 gün ərzində də  yağmursuz və mülayim hava şəraiti davam edəcək. "Mülayim cənub küləyi əsəcək. Havanın temperaturu 30-35 dərəcə isti təşkil edəcək".

 

Bölgələrdə  də əsasən yağmursuz hava şəraiti üstünlük təşkil edəcək. Mülayim külək əsəcək. "Mərkəzi Aran rayonlarında havanın temperaturu 32-37 dərəcə, dağlarda 22-27 dərəcə isti təşkil edəcək.  Yaxın günlərdə havanın temperaturu bir qədər yüksək olacaq". Bu cür hava şəraiti isə meteohəssas insanlar üçün əlverişlidir.

 

Müəllif | Apa.Tv
Almaz Qasımova