Komitə sədri: "İndiki dövrdə laçınlıların nə mərdlikləri..."

"Laçın Azərbaycan üçün strateji əhəmiyyət kəsb edir”.

APA TV-nin məlumatına görə, bunu Laçın rayonunun işğalının 22-ci ildönümü münasibətilə keçirilən tədbirdə baş nazirin müavini, Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov bildirib. Əli  Həsənov bildirib ki, ermənilər Qarabağa yol açmaq, Laçını işğal etmək üçün 200 il çalışıblar.

Təəssüf ki, ermənilər SSRİ dağılandan, Heydər Əliyev vəzifədən uzaqlaşdırılandan sonra Laçını dünyadakı erməni diasporunun köməyi ilə müvəqqəti də olsa, işğal etdilər. İşğal dövründə laçınlıların nə mərdlikləri, nə cəsurluqları zəifləyib”.

Laçın rayon İcra Hakimiyyətinin başçısı Akif Səlimov isə bildirib ki, hazırda Laçının 73 min 330 nəfər əhalisi Azərbaycanın 58 rayon və şəhərində məskunlaşıb. Yaxın vaxtlarda 1500 ailə üçün yeni qəsəbənin inşasına başlanılacaq. Tədbirdə torpaqlarımız uğrunda döyüşlərdə həlak olan şəhidlərin və Türkiyədə kömür şaxtasında həyatını itirənlərin xatirəsi 1 dəqiqəlik sükutla yad edilib. 

Müəllif | Apa.Tv