Mustafa Dənizli "Xəzər Lənkəran"dan istefaya göndərildi

“Xəzər Lənkəran” klubunun baş məşqçisi Mustafa Dənizli istefaya göndərilib. Apasport.az-ın xəbərinə görə, türkiyəli çalışdırıcının “ağ-yaşıllar”la müqaviləsinə xitam verilib. Qeyd edək ki, bu gün klubun prezidenti Mais Mənsimovla Mustafa Dənizli arasında görüş keçirilib. Görüşdə komandanın durumu barədə müzakirələr aparılıb və yekunda türkiyəli mütəxəssislə yolların ayrılması qarşılıqlı şəkildə razılaşdırılıb. "Xəzər Lənkəran" Futbol Klubunun rəhbərliyi Mustafa Dənizliyə klubda çalışdığı müddətdə etdiyi xidmətlərə görə təşəkkürünü bildirib. 

Müəllif | Apa.Tv
Apa.tv