Azərbaycanda zorlamaya görə cəzalar sərtləşdirilir

 

Azərbaycanda zorlama yolu ilə cinsi əlaqə zamanı şəxsin ölümünə səbəb olma, şəxsi immun çatışmazlığı virusuna yoluxdurma, o cümlədən əməlin 14 yaşına çatmayan şəxsə qarşı törədilməsinə görə cəzalar sərtləşdirilir.

 

Milli Məclisdən APA TV-yə verilən məlumata görə, bununla bağlı Cinayət Məcəlləsinin 149.3-cü maddəsinə dəyişikliklər təklif edilir.

 

Dəyişikliklərə görə, zorlama, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin insan immunçatışmazlığı virusuna yoluxmasına və ya digər ağır nəticələrə səbəb olduqda, o cümlədən aşkar surətdə 14 yaşına çatmayan şəxs barəsində törədildikdə minimum cəza həddi 10 il olacaq. Hazırda bu rəqəm 8 ildir. Layihə Milli Məclisin növbəti iclasında müzakirəyə çıxarılacaq.

 

Müəllif | Apa.Tv