Azərbaycanda QİÇS-dən 59 nəfər ölüb
"2014-cü ilin yanvarın 1-nə olan məlumatlara görə, Azərbaycanda 4298 nəfər QİÇS xəstəsi qeydə alınıb. Onlardan 4149-u – Azərbaycan, 149-u isə xarici ölkə vətəndaşıdır".
APA TV-nin xəbərinə görə, bu məlumatlar QİÇS-dən vəfat edən insanların Umumdünya xatirə gününə həsr olunmuş tədbirdə verilib. QİÇS-ə yoluxanların 514 nəfər bu xəstəliyə 2013-cü ildə tutulub. Onların 494-ü azərbaycanlı, 20-si əcnəbilərdir. Ötən il xəstəliyə yoluxanlardan 313 nəfəri kişi, 181-i qadındır. Yoluxma yollarına gəlincə, ümumi HİV-li xəstələrin 2400-ü narkotik vasitələrin istifadəsi nəticəsində, 1310 nəfəri hetroseksual yolla, yəni cinsi münasibətlər zamanı, 51 nəfər homoseksual kontakt nəticəsində yoluxub. Xəstəlik daşıyıcılarından 322-sinin isə yoluxma səbəbi naməlumdur. Virus daşıyıcılarından 235 nəfəri bu il xəstəliyin QİÇS mərhələsinə keçib. QİÇS isə xəstəliyin 4-cü mərhələsidir. Ötən il virus nəticəsində dünyasını dəyişənlərin sayı 59 nəfər olub.
Bakı Şəhər Gənclər və İdman Baş idarəsi, Respublika QİÇSLƏ Mübarizə Mərkəzi və Səhiyyə nazirliyinin İcyimai Səhiyyə və İslahatlar Mərkəzinin təşkilatçılığı ilə İİV/ QİÇS-dən vəfat etmş insanların xatirə gününə həsr olunmuş tədbir keçirilib.