Kürdəmirdə zəmilər susuzluqdan yanır

Kürdəmir rayonun İsmayıllı kəndində əkin sahələri susuzluqdan məhv olmaq təhlükəsi ilə üzləşib. APA TV-nin məlumatına görə, kəndin sakinləri bu il mülkiyyətlərində olan torpaqlardan məhsul götürə bilməyəcəklərini deyirlər. Səbəb isə əkin sahələrini suvara bilməmələridir. Üstəlik havaların quraq keçməsi əkinçilərin işini daha da çətinləşdirib. Kənd sakini Niyaməddin Əhmədov deyib ki, 2 hektar sahəsi var, 5 gündür heç 10 sotunu sulaya bilməyib. Digər bir sakin Rövşən Məlikov isə yağıntı olmadığına görə, bu il çətin vəziyyətə düşdüklərini deyib. ArxlarIN dolduğunu, lakin təmir edilmədiyini bildirib. Hazırda taxıl sahələri də susuzluqdan vaxtından əvvəl saralıb. Yonca və yabanı ot sahələri də quruyub. Quraqlıq səbəbindən torpaqda böyük çatlar əmələ gəlib. 

Problemlər bununla bitmir. Rayonu suvarma suyu ilə təmin edən kanalda suyun səviyyəsi xeyli aşağı düşüb. Bundan başqa daxili kanallar da bərbad vəziyyətdədir.  Çəkiliş apardığımız vaxt rayon suvarma sistemləri idarəsinin əməkdaşı da gəlibçıxdı. O, sakinlərin problemindən xəbərdar olduğunu və əkin sahələrini vaxtında suvarmadıqları üçün kənd sakinlərini qınadı. İdarənin səlahiyyətli nümayəndəsi Daşqın Zərbəliyev bildirib ki, kanaldan çıxan su birbaşa bu kəndin ayağına gəlir. Hamı istəyir ki, birdən suvara. Bu da növbə pozulmasına gətirib çıxarır. Növbəsiz iş ola bilməz.

Daşqın Zərbəliyevin sözlərinə görə, İsmayıllı kəndində 1500 hektara yaxın əkinəyararlı torpaq sahəsi var. İndiyədək 1000 hektara yaxın sahə suvarılıb, qalan ərazilər də növbəli şəkildə suvarılacaq. 

Müəllif | Apa.Tv
Elvin Yaqubov