Ağdamda fərdi yaşayış evi yanıb
Ağdamın Xındırıstan kəndində yaşayış evi yanıb. APA TV-nin xəbərinə görə, hadisə mayın 16-da saat 16-17 radələrində baş verib. Kənd sakini Əmirova Təranə Baloğlan qızına məxsus ikimərtəbəli evin ikinci mərtəbəsi yanıb. Birinci mərtəbə isə Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğın Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən alovdan mühafizə olunub. Yanğının hansı səbəbdən baş verdiyi bilinmir. Faktla bağlı araşdırma aparılır.