Şəki Penitensiar Kompleksində “Açıq qapı” günü keçirilib

Şəki Penitensiar Kompleksində Ədliyyə Nazirliyinin rəhbər işçilərinin, vətəndaş cəmiyyəti institutlarının, habelə məhkum yaxınlarının iştirakı ilə görüş keçirilib. 30-dan çox məhkumun şəxsi işləri və digər aidiyyəti sənədlər hərtərəfli araşdırılıb, onlarla fərdi görüşülərək fikirləri öyrənilib. Nəticədə məhkumların bir qisminin vaxtından əvvəl şərti azad olunmaları, digərlərinin isə cəzalarının qalan hissəsini daha yüngül rejimli müəssisədə çəkməsi ilə bağlı məhkəmə qarşısında məsələ qaldırılması məqsədəuyğun hesab edilib.

Həmin gün Şəki Penitensiar Kompleksində "açıq qapı" günü keçirilib. Məhkumların valideynləri və yaxınları müəssisədə, yaradılmış nümunəvi şərait, o cümlədən istehsalat, idman sahələri, tədris otaqları, yeməkxana ilə tanış olublar.

 

Müəllif | Apa.Tv
Vüqar Heydərov