Azərbaycanda dəhşətli yol qəzası: bir hərbçi ölüb, üç hərbçi yaralanıb
Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçuları yol qəzasına düşüb. Baş Dövlət Yol Polisi İdarəsindən APA-ya verilən məlumata görə, hadisə Goranboy rayonunda qeydə alınıb. Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsinin müddətdən artıq xidmət edən hərbi qulluqçusu Cavanşir Əkbər oğlu Xasıyev idarə etdiyi “Jiquli” markalı avtomobili kanala aşırıb. Nəticədə avtomobildə olan müddətdən artıq xidmət edən hərbi qulluqçusu Elməddin Qəşəm oğlu Sadıqov ölüb, sürücü və digər hərbiçilər – Elşən Vahid oğlu Əliyev ,Emil Fərman oğlu Kazımov hospitala yerləşdiriliblər. Yaralıların vəziyyəti kafidir.