Azərbaycanda 15-17 yaşlı 135 qız abort üçün həkimə müraciət edib - SOS
Statistikaya görə, yetkinlik yaşına çatmayan 15-17 yaş arası qızlar arasında 135 nəfər abort olunmaq üçün tibb müəssisələrinə müraciət edib. Bu barədə Səhiyyə Nazirliyinin Elmi Tədqiqat Mamalıq Ginekologiya institutunun elmi katibi Leyla Məmmədova bildirib.
Onun sözlərinə görə, 20 yaşa qədər qadınların hamiləliklərinin 13 faizi, 20-24 yaşlı qadınların hamiləliklərinin 28 faizi, 25-34 yaşlı qadınların hamiləliklərinin 58 faizi, 35-44 yaşlı qadınların hamiləliklərinin 75 faizi süni abortla başa çatır.
2011-ci ildə Azərbaycan üzrə yeniyetmə qadınlar arasında edilən abortların sayı 1204 olub. Onlardan 15-17 yaş arası 135 nəfər, 18-19 yaş arası isə 1069 nəfərdir. Hər 1000 yeniyetməyə abort göstəricisi isə 15-19 yaş yəni 2,9 faiz, 15-17 yaş-0,6 faiz, 18-19 yaş-6,1 faizdir.
Leyla Məmmədova əlavə edib ki, 2000-ci ildə Azərbaycanda ümumi abortların sayı 17 min 500 idisə, 2012-ci ildə artıq bu göstərici 31 minə çatıb.