Milli Məclisin nümayəndə heyəti Xorvatiyaya gedir
Milli Məclisin sədri Oqtay Əsədovun başçılığı ilə parlament nümayəndə heyəti mayın 18-də Xorvatiyaya səfər edəcək. Bu barədə jurnalistlərə açıqlamasında parlamentin mətbuat katibi Akif Təvəkküloğlu deyib. Onun sözlərinə görə, səfər çərçivəsində nümayəndə heyəti Xorvatiya parlamentinin fəaliyyəti ilə yaxından tanış olacaq.
Bundan başqa spikerin ölkə prezidenti, baş nazirin birinci müavini və digər rəsmi şəxslərlə görüşü nəzərdə tutulub. Səfər çərçivəsində deputatlarımız Zaqreb şəhərində Xorvatiya Milli Arxivi ilə tanış olacaq, Dubrovnik şəhərində bir sıra mədəni proqramlarda iştirak edəcəklər. Parlament nümayəndə heyətinin Xorvatiyaya səfəri mayın 2-də başa çatacaq.