Bakıda tibb bacısı vəhşiliklə qətlə yetirilib
Bakıda qətl törədilib. Nərimanov rayon Polis İdarəsindən APA TV-yə verilən məlumata görə , mayın 16-da 5 saylı xəstəxananın yanıq şöbəsinin qarşısında tibb bacısı, 1983-cü il təvəllüdlü Minarə Salmanova qətlə yetirilib. Qətli tibb bacısının keçmiş həyat yoldaşı, Bakı şəhər sakini, 1975-ci il təvəllüdlü Şahlar Əliyev ailə-məişət zəminində törədib. Hadisə şahidlərinin sözlərinə görə, Şahlar Əliyev axşam saatlarında növbəyə gələn tibb bacısının qarşısını kəsərək ona ard-arda 7 bıçaq zərbəsi endirib. Nərimanov Rayon Polis İdarəsinin 16-cı Polis Bölməsinin əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində Şahlar Əliyev tutulub. Nərimanov rayon məhkəməsindən verilən məlumata görə, mərhum Minayə Salmanova həyat yoldaşından 2 il bundan qabaq ayrılıbmış. Faktla bağlı araşdırma aparılır.