Kabardin-Balkarda polislə silahlılar arasında atışma olub

Kabardin-Balkar Respublikasında naməlum silahlılarla yol-patrul xidməti əməkdaşları arasında atışma baş verib. Hadisə Çeqem şəhər mərkəzində qeydə alınıb. Yol-patrul əməkdaşları ərazidə xidmət apararkən şübhəli avtomobili saxlamaq istəyiblər. Lakin avtomobildə olanlar dayanmaq əvəzinə silahdan atəş açıblar. Nəticədə bir asayiş keşikçisi ayaq nahiyəsindən yaralanıb.

Polisə hücum edənlərdən ikisi cavab atəşi ilə məhv edilib, biri hadisə yerindən qaçıb. Hazırda Çeqem şəhər mərkəzində və ətraf bölgələrdə qaçan şəxsin tapılaraq istintaqa təhvil verilməsi üçün əməliyyat axtarış tədbirlərinə başlanılıb. Öldürülənlərin kimliyi və hansı terror-qruplaşmasının üzvü olması məlum deyil. Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

Müəllif | Apa.Tv