Sabah Bakıda 33 dərəcə isti gözlənilir

Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin yağmursuz keçəcəyi, axşam dəyişkən buludlu olacağı gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan APA TV-yə verilən xəbərə görə, gündüz cənub küləyi əsəcək, axşam şimal-qərb küləyi ilə əvəz olunacaq. Gecə 16-20, gündüz 28-33 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında mayın 18-də hava şəraiti əsasən yağmursuz keçəcək. Lakin axşama doğru bəzi dağlıq və dağətəyi rayonlarda qısamüddətli yağış yağacağı gözlənilir. Səhər ayrı-ayrı yerlərdə duman olacaq. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturunun Aran rayonlarında gecə 16-21, gündüz 33-38, dağlarda gecə 8-13, gündüz 21-26 dərəcə isti olacağı gözlənilir.

Müəllif | Apa.Tv