Laçının işğalından 22 il ötür

Bu gün Azərbaycanın Laçın rayonunun Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal olunmasından 22 il ötür. APA TV-nin məlumatına görə, erməni işğalçılarının 1992-ci il mayın 15-dən həm Dağlıq Qarabağ, həm də Ermənistan istiqamətlərindən başlanan güclü hücumları nəticəsində Laçın rayonu mayın 18-də süqut edib. İşğal zamanı Azərbaycan tərəfdən 262 hərbçi və mülki şəxs şəhid olub, 67 nəfər itkin düşüb. Ermənilər qəsəbə və kəndləri, 48 sənaye və 63 kənd təsərrüfatı müəssisəsini, 217 mədəniyyət, 103 təhsil, 142 səhiyyə ocağını dağıdıb və yandırıblar. 65 minə yaxın azərbaycanlı doğma torpaqlarından qovulub və öz dövlətlərində köçkün həyatı yaşamağa məcbur olublar.

Müəllif | Apa.Tv
Apa.tv