Həmsədrlər sabah işğal altında olan ərazidən Azərbaycan Ordusunun nəzarətində olan hissəsinə keçəcəklər
Martın 19-da ATƏT-in Minsk qrupunun həmdsədrləri və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik təmas xəttinin qarşı tərəfindən Azərbaycan Silahlı Qüvvələrinin nəzarətində olan hissəsinə keçəcək.
ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq həmin gün Tərtər rayonu ərazisində, qoşunların Tərtər-Ağdərə yolu üzərindəki təmas xəttində monitorinq keçirilməsi planlaşdırılır.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, monitorinqi Azərbaycan tərəfdə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Jiri Aberle və Piter Svedberq, təmas xəttinin qarşı tərəfində isə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Yevgeni Şarov və Xristo Xristov keçirəcəklər.