"Mercedes" əli uşaqlı ananı vurdu: Ana və 8 aylıq körpəsi öldü

Bakı şəhərinin Qaradağ rayonu ərazisində dəhşətli yol qəzası baş verib.

 

APA TV-nin Lent.az istinadən verdiyi məlumata görə, Bakı-Ələt yolunda "Mercedes" markalı minik avtomobili yolu keçən gənc qadını və qucağındakı 8 aylıq körpəni vurub. Zərbənin gücündən ana və balası 15-20 metr kənara düşüblər. Onların hər ikisi hadisə yerindəcə keçinib.

 

Faktla bağlı araşdırma başlanılıb. Qəzanı törədən avtomobil və sürücüsü müəyyən edilərək saxlanılıb.

Müəllif | Apa.Tv
Apa.tv