Ölkədə müvəqqəti yaşayanlara və vətəndaşlığı olmayanlara bəzi qadağalar qoyuldu

Nazirlər Kabineti "Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat"da dəyişiklik edib. APA-nın məlumatına görə, indiyə qədər notariat hərəkətləri apararkən notariuslar tərəfindən Azərbaycanda müvəqqəti yaşayan əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin şəxsiyyəti əcnəbinin pasportu, vətəndaşlığı olmayan şəxsin isə daimi qeydiyyatda olduğu digər ölkədə aldığı vətəndaşlığı olmayan şəxsin şəxsiyyətini təsdiq edən sənədlə birlikdə təqdim edilməklə, Azərbaycan Respublikasında müvəqqəti yaşamaq üçün icazə vəsiqəsi əsasında müəyyən edilib. Dəyişikliyə əsasən, bundan sonra Azərbaycanda müvəqqəti yaşayan əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin şəxsiyyəti Azərbaycanda müvəqqəti yaşamaq üçün icazə vəsiqəsi əsasında müəyyən ediləcək. Nazirlər Kabineti “Sərhəd zonasına daxil olmayan və istehsalat işlərinə dair Qaydalar”da dəyişiklik edib. İndiyə qədər tranzitlə avtobus və qatarla sərhəd zonasından keçən şəxslərə, sərhəd zonasının məntəqələrində dayanmaq qadağan olunub. Bu qadağa hər kəsə - Azərbaycan vətəndaşlarına, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərə aid edilib. Dəyişikliyə əsasən, bundan sonra Azərbaycan ərazisindən dəmiryol nəqliyyatı və ya avtonəqliyyat vasitəsi ilə tranzitlə keçən əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin sərhədboyu zonada dayanması qadağandır. Qadağa Azərbaycan vətəndaşlarını əhatə etmir.

 

Müəllif | Apa.Tv