Ali məktəblərə qəbul imtahanı keçirildi - 3 abituriyent kənarlaşdırıldı

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) əvvəlki illərin məzunları üçün I və IV ixtisas qrupları üzrə qəbul imtahanı keçirib. İmtahan respublikanın 11 şəhərində ümumilikdə 34 binada baş tutub. Abituriyentlərdən 17551 nəfəri Azərbaycan bölməsinin, 1222 nəfəri  isə rus bölməsinin məzunudur. Abituriyentlərin 11923 nəfəri oğlan, 6850 nəfəri isə qızdır. 16810 nəfər orta ümumtəhsil məktəblərinin, 191 nəfər ali təhsil müəssisələrinin, 1772 nəfər isə orta ixtisas təhsili müəssisələrinin məzunudur. 57 abituriyent xarici ölkələrin vətəndaşıdır. İmtahan bütün binalarda eyni vaxtda - saat 11: 00-da başlayıb və 3 saat davam edib. İmtahanların idarə olunmasına 152 imtahan rəhbəri və orta ümumtəhsil müəssisələrindən 1619 nəzarətçi-müəllim cəlb olunub. Imtahan rəhbəri Şərafət Hüseynli bildirib ki: "Bu imtahahanı bundan əvvəlki illərdə qəbul olmayan abutiriyentlər üçün götürürük. Onlar artıq qəbul imtahanlarında iştirak ediblər.Buna görə də qəbul imtahanındakı qaydalarla müəyyən qədər tanışdırlar. Bu səbəbdən o qədər də problemimiz olmadı. Həyacan uşaqlarda onsuzda var. 3 nəfərin sual kitabçası dəyişdiyinə görə nəticələrini ləğv eləmişik".
 

Abituriyentlər isə sualların o qədər də çətin olmadığını, buna görə də ümidli olduqlarını bildirdilər. Qeyd edək ki, ən yaşlı abituriyent 1972-ci ildən, ən gənci isə 1996-cı ildəndir.

Müəllif | Apa.Tv
Apa.tv