Cəlilabadda su quyusunda boğulan üç qardaşdan ikisi dünyasını dəyişdi - YENİLƏNİB

Cəlilabad rayonunun Uzuntəpə kəndində evlərinin həyətindəki su quyusunda təmir apararkən zəhərlənərək Cəlilabad Mərkəzi Rayon Xəstəxanasının (MRX) reanimasiya şöbəsinə yerləşdirilmiş iki qardaşdan biri - Rasim Əsədov gecə saatlarında dünyasını dəyişib.

Bu barədə APA TV-nin cənub bürosuna Cəlilabad MRX-dan məlumat verilib.

Faktla bağlı Cəlilabad Rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır.

Kənd sakini Əliqismət Əsədova məxsus evin həyətindəki ərazidə olan su quyusunda onun 3 oğlu təmir işləri aparan zaman huşların itiriblər. Qardaşlardan xəbər çıxmadığını görən yaxınları onların xilas olunması üçün dərhal əlaqədar qurumlara məlumat veriblər. Hadisə yerinə cəlb olunmuş  Fövqəladə Hallar Nazirliyinin xilasedicilərinin səyləri ilə  qardaşlar - Fərux, Rasim və Bayram Əsədovlar quyudan hüşsuz vəziyyətdə çıxarılıblar. Onlardan 28 yaşlı Bayramın elə quyuda ikən öldüyü müəyyənləşib.

Digər iki qardaş-Fərrux və Rasim Əsədovlar isə dərhal Cəlilabad Mərkəzi Rayon Xəstəxanasının (MRX) reanimasiya şöbəsinə çatdırılıb.

Qeyd edək ki,  quyudakı su nasosu işlək halda olarkən qardaşlar orada təmir işləri aparıblar. İlkin ehtimallara görə, məhz su nasosundan  ayrılan dəm qazı qardaşların zəhərlənməsinə səbəb olub. 

Müəllif | Apa.Tv