Sərxoş sürücü qəza törətdi

Abşeron rayonu Sulutəpə qəsəbəsində sərxoş sürücü qəza törədib. APA TV-nin məlumatına görə, Abşeron rayon sakini Eldar Hüseynovun idarə etdiyi "01 BO 447" dövlət nömrə nişanlı "Mercedes"i vuran "Opel"in sürücüsü hadisə yerindən qaçıb. Qaçan sürücünü bir müddət izləyən E.Hüseynov qəza törədən avtomobildə olan bir neçə şəxs tərəfindən fiziki təzyiqə məruz qaldığını söyləyib.

 

Hadisə yerinə Dövlət Yol Polisinin Abşeron Rayon Şöbəsinin əməkdaşları gəliblər. Qəza törədərək hadisə yerindən qaçan sürücünün axtarışı ilə bağlı polis postlarına məlumat verilib.

 

Faktla bağlı araşdırma aparılır.

 

Müəllif | Apa.Tv