“BMW” ilə “MG”-nin toqquşması nəticəsində 2 nəfər ölüb, 4 nəfər yaralanıb
Bakının Sabunçu rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib. APA TV-nin məlumatına görə, hadisə Maştağa-Zabrat yolunda, Məmmədyarov dairəsi yaxınlığında qeydə alınıb. “MG” və “BMW” markalı iki minik toqquşub. Nəticədə avtomobillərdə olan 2 nəfər hadisə yerindəcə dünyasını dəyişib. Daha 4 nəfər isə ağır bədən xəsarətləri ilə 3 saylı şəhər xəstəxanasına yerləşdirilib. Yaralılardan biri avtomobildə sıxılmış vəziyyətdə qaldığından əraziyə Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşları gəliblər. Onlar sıxılmış vəziyyətdə yaralını qalmış avtomobil hissələrinin arasından çıxarıblar.
Suraxanı Rayon Polis İdarəsindən verilən məlumata görə, qəzaya avtomobillərdən birinin həddindən artıq sürətlə hərəkət etməsi və digərinin yoluna çıxması səbəb olub.