İspaniya çempionatında bədbəxt hadisə: tribuna çökdü
Futbol üzrə İspaniya La Liqasında "Osasuna" - "Betis" oyununda bədbəxt hadisə baş verib. APA-TV-nin məlumatına görə, oyunun 12-ci dəqiqəsində "Osasuna" hesabda irəli çıxıb. Ancaq Oriol Rieranın vurduğu bu qol nəinki onu, hətta azarkeşləri çox sevindirməyib. Belə ki, qapının arxasındakı tribuna çöküb və azarkeşlər meydançaya tökülüb.
Qeyd edək ki, hadisə zamanı yaralıların olması haqda məlumat verilməyib. Bir neçə dəqiqə saxlanılan oyun sonradan davam etdirilib.