Şaxta faciəsinə görə 24 nəfər tutuldu

Türkiyə polisi Somada kömür mədənində baş vermiş faciə ilə bağlı başlanmış istintaqın bir hissəsi olaraq 24 nəfəri saxlayıb. APA TV-nin məlumatına görə, Saxlananlar arasında mədən şirkətinin rəhbər şəxsləri də var.

 

İçəridə qalan son iki nəfərin də cəsədi çıxarılandan sonra xilasetmə əməliyyatları dayandırılıb və beləliklə ölənlərin sayı 301-ə çatıb.

 

Xatırladaq ki, ötən çərşənbə axşamı günü Soma şəhərindəki kömür mədənində baş vermiş kiçik partlayış böyük faciəyə səbəb olub. Partlayış zamanı şaxtada 800-dən çox insan olub. Ölənlərin çoxunun karbon qazının təsirindən dünyasını dəyişdiyi ehtimal olunur.

 

Qəza Türkiyə boyu kütləvi etirazlara səbəb olub. Nümayişçilər mədəndə təhlükəsizliyin təmin edilməməsini səbəb gətirərək hökumətə və mədən sahiblərinə etiraz ediblər.

 

Müəllif | Apa.Tv