Bosniya və Serbiyada sel fəlakəti 30 nəfərin ölümünə səbəb olub
Bosniya və Serbiya son 120 ilin ən ağır daşqınlarını yaşayır. APA TV-nin məlumatına görə, təbii fəlakət indiyədək 30 nəfərin həyatına son qoyub. Xilasetmə işləri hələ də davam etdirilir.
Təkcə Bosniyada sel fəlakətindən əziyyət çəkən Doboy şəhərində 20-ə yaxın insan tələf olub.
Sel fəlakəti ən çox Bosniyanın Samaç və Biyelyina şəhərlərinə ziyan vurub. İndiyədək on minə yaxın insan bu bölgələrdən evakuasiya edilib. Yüzlərlə insan hələ də kömək gözləyir. Xilasetmə işlərinə Sloveniya və Xorvatiya mülki müdafiə qüvvələri də cəlb olunub.