ATƏT-in Minsk Qrupuna Fransadan yeni həmsədr təyin olunub

ATƏT-in Minsk Qrupuna yeni fransalı həmsədr təyin olunub. APA TV-nin məlumatına görə, Azərbaycanın işğal olunmuş torpaqlarına səfər zamanı yeni həmsədr Pyer Andrie də heyətin tərkibində olub. Mayın 19-da o, təmas xəttini keçməklə Azərbaycana ilk səfərini reallaşdıracaq. Səfərdə həmçinin ATƏT-in keçmiş fransalı həmsədri Jak For da iştirak edir.

Bu gün ATƏT-in Minsk Qrpunun həmsədrləri və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik təmas xəttinin qarşı tərəfindən Azərbaycan Silahlı Qüvvələrinin nəzarətində olan hissəsinə keçəcəklər

Müəllif | Apa.Tv
Apa.tv