Bakıda yüksək rütbəli hərbçini maşın vurdu

Bakıda yüksək rütbəli hərbçini maşın vurub. Nəsimi Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə 3-cü mikrorayon dairəsində qeydə alınıb. “Mercedes” markalı maşın yolu keçmək istəyən piyada, Müdafiə Nazirliyinin zabiti polkovnik-leytenant Eldar Vəli oğlu Məmmədovu vurub. Piyada ağır vəziyyətdə hospitala yerləşdirilib.  

Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya faktı təsdiqləyiblər.  Faktla bağlı araşdırma aparılır. 

Müəllif | Apa.Tv
Apa.tv