Hava soyuyacaq

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti yaxın 2 gün ərzində ölkə ərazisində müşahidə olunacaq ilkin proqnozu açıqlayıb.

Nazirliyin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor müavini Gülşad Məmmədova APA TV-yə açıqlamasında bildirib ki, sabahdan şimal küləyinin güclənəcəyi gözlənilir. Onun sözlərinə görə, şimal küləyinin güclənməsi nəticəsində ölkə ərazisində havanın temperaturu ötən günlərlə müqayisədə 4-5 dərəcə enəcək. Belə hava şəraiti mayın 20-də və 21-də müşahidə olunacaq. 

 

Müəllif | Apa.Tv
Apa.tv