Nüsrət Kəsəmənlinin oğluna 8 il 4 ay həbs

Bakı Ağır Cinayətlər Məhkəməsində narkotik vasitələrin qanunsuz dövriyyəsində təqsirləndirilən Araz Kəsəmənlinin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

 

APA-nın məlumatına görə, prosesdə hökm oxunub. Hökmə əsasən, Araz Kəsəmənli 8 il 4 ay müddətinə azadlıqdan məhrum edilib. Ötən proses zamanı dövlət ittihamçısı çıxış edərək Araz Kəsəmənlinin 10 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini istəyib.Xatırladaq ki, Araz Kəsəmənli şair Nüsrət Kəsəmənlinin oğludur. O, 1998-ci ildə qeyri-rəsmi yaşadığı qadını qətlə yetirməkdə ittiham olunaraq 15 il həbsxana həyatı yaşayıb.Həbsdən çıxandan 3 ay sonra isə həbs edilib. O, Cinayət Məcəlləsinin 234-cü (qanunsuz olaraq narkotik vasitə əldə etmə, saxlama, satma, daşıma, göndərmə) maddəsinə əsasən ittiham olunur.

Müəllif | Apa.Tv
Apa.tv