Güclü külək Tovuzda fəsadlar törətdi

Ötən gün Tovuzda güclü külək əsib. APA TV-nin qərb bürosunun məlumatına görə, saat 23 radələrindən başlayan külək rayonun meyvəçilik təsərrüfatına ziddi ziyan vurub. Rayon sakinlərinin bildirdiyinə görə, külək alma, alça, ərik, şaftalı ağaclarına ziyan vurub, meyvələri yerə töküb. Rayonun Aşağı Öysüzlü kənd sakini Nazim Məmmədovun həyətində olan tut ağacı onun avtomobilinin üzərinə aşıb. Zərərçəkənin bildirdiyinə görə, qəfildən güclənən külək tut ağacının 3 böyük qolunu sındıraraq "VAZ-2106" markalı avtomobilinin üzərinə aşırıb. Xəsarət alan olmasa da, avtomobilə ciddi ziyan dəyib.


 


 

Müəllif | Apa.Tv
Apa.tv