32 uşaq avtobusda yanaraq can verib
Kolumbiyada dəhşətli hadisə baş verib. Fundadion şəhərində baş verən yol-nəqliyyat hadisəsi nəticəsində 32 azyaşlı yanaraq ölüb. Polis şefi Adan Leon jurnalistlərə verdiyi açıqlamada bildirib ki, içərisində 50 azyaşlının olduğu avtobus qəzaya uğrayıb və yanıb. Nəticədə 32 nəfər yanaraq can verib, 18 uşaq isə yaralanıb. Sərnişinlərin hamısı 14 yaşından kiçik uşaqlar olub. Onlar kilsənin təşkil etdiyi tədbirdən qayıdan zaman hadisə baş verib. Ölkə prezidenti Juan Manuel Santos faciənin baş verdiyi şəhərə gedəcək.