Kürdəmirdə dəhşət: Ailənin iki azyaşlı övladı öldü, valideynlərin vəziyyəti ağırdır
Kürdəmirdə bir ailənin iki övladının ölümü ilə nəticələnən ağır yol qəzası baş verib. APA TV-nin məlumatına görə hadisə, mayın 19-da səhər saatlarında Kürdəmir-İmişli yolunda qeydə alınıb. Zərdab rayon sakini, 1986-cı il təvəllüdlü Zalov Akif İmran oğlunun yüksək sürətlə idarə etdiyi 99-GO-962 dövlət nömrə nişanlı “Opel” markalı minik maşını idarəetmədən çıxıb və avtomobil körpünün üstündən su kanalına düşüb. İlkin ehtimala görə, sürücü sükan arxasında qəflətən yuxuya gedib və təmir-bərpa işləri aparılan yolda yeni körpünün çəkilişindən xəbərsiz olub. Maşın kənarları açıq körpüdən kanala düşüb. Hadisə nəticəsində sürücü Akif Zalov və onun həyat yoldaşı 1989-cu il təvəllüdlü Zalova Səbinə Yusif qızı müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Onların iki azyaşlı övladı-2010-cu il təvəllüdlü Nərgiz Zalova və 2011-ci il təvəllüdlü Rüfət Zalov hadisə yerində ölüb.
Faktla bağlı Kürdəmir rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.