"Qazprom"dan Ukraynaya mesaj: "Qaz istəyirsən, pulunu ver"
Rusiyaya olan qaz borcunu iyun ayına qədər qoyulan müddətə ödəməyəcəyi halda "Qazprom" Ukraynaya qaz verilişini yalnız tranzit ölkə kimi Avropaya nəql olunacaq səviyyəyə qədər azaldacağını bəyan edib. APA TV-nin məlumatına görə, bu açıqlamanı "Rossiya - 24" kanalına "Qazprom"un rəhbəri Aleksey Miller deyib. SİTAT: "Bu işlər belədir, qaz istəyirsənsə, pulunu ver" deyə o, əlavə edib. Xatırladaq ki, rəsmi Moskva Ukraynanın "Naftoqaz" şirkətinə iyunun 2-nə qədər vaxt qoyub. Borcun məbləği də açıqlanıb, 3, 5 milyard dollar. Rəsmi Kiyev isə bu rəqəmlə razılaşmır və Moskvaya alternativ rəqəmlər təklif edir. Ukraynanın Nazirlər Kabineti borcun daha az olduğunu iddia edir və Rusiyanın bundan sonra qaz ixracına qoyduğu qiyməti ucuzlaşdıracağı halda borcu 10 gün müddətində ödəyəcəyini deyir.