Zəlzələdə qəzalı vəziyyətə düşən daha iki məktəb binası yenidən tikilib

2012-ci ilin may ayında baş vermiş zəlzələdən sonra Zaqatalada qəzalı vəziyyətə düşən daha iki məktəb binası yenidən tikilərək istifadəyə verilib.

APA TV-nin  məlumatına görə, 2012-ci ilin may ayında baş vermiş zəlzələdən sonra qəzalı vəziyyətə düşmüş rayonun ucqar dağ kəndlərindən olan Cimcimax və Qaraqay kəndlərində Fövqəladə Hallar Nazirliyinin sifarişi ilə yenidən inşa olunmuş məktəblərin açılışı olub. Açılış mərasimində Zaqatala rayon rəsmiləri, ictimaiyyət nümayəndələri, kənd sakinləri iştirak edib. Bildirlib ki, rayon mərkəzindən 30 kilometr məsafədə yeni inşa edilən Cimcimax kənd orta məktəbi 70 şagird yerlik, birmərtəbəli olmaqla  9 sinif otağı, kompüter otağı və akt zalından ibarətdir.

Məktəbdə təhsil alan 45 şagirdə 15 müəllim dərs deyir. Rayonun Qarqay kəndində yeni inşa edilən məktəb binası isə  50 şagird yerlik olmaqla  7 sinif və 1 mütaliə otağından ibarətdir. Hər iki məktəb binası müasir avadanlıqlarla təchiz edilib.

 

Müəllif | Apa.Tv
Vüqar Heydərov