Göygöldə yeniyetmə dayısını döyən şəxsi bıçaqladı
Göygöl rayonunda iki gəncin davası bıçaqlanma ilə nəticələnib. Hadisə rayonun Xəqani kəndində qeydə alınıb. Kəlbəcər rayon sakini 27 yaşlı Elmin Nəbiyevlə Göyçay rayon sakini 31 yaşlı Ceyhun Quliyev arasında mubahisə yaranıb. Bu vaxt Elmin Nəbiyevin bacıoğlusu - 16 yaşlı Fərahim Nəbiyev dayısının döyüldüyünü görərək, ona kömək etməyə gəlib və Cehun Quliyevə bıçaqla xəsarət yetirib. APA TV-nin xəbərinə görə, yaralı Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasın cərahiyyə söbəsinə yerləşdirilib. Həkim Bəxtiyar Əliyev deyib ki, sağtərəfli kəsilmiş-deşilmiş yaralası alan xəstə əməliyyat olunub. Vəziyyəti stabildir.
Faktla bağlı araşdırma aparılır.