Gənc xilasedicilər və yanğınsöndürənlər yarışdılar

Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzində gənc xilasedicilər və yanğınsöndürənlərin zona birinciliyi yarışları keçirilib. APA TV-nin Cənub bürosunun məlumatına görə, sayca 3- cü dəfə keçirilən yarışlarda bölgənin 6 rayonu - Lənkəran, Masallı, Cəlilabad, Yardımlı, Lerik və Astaradan olan komandalar bilik və bacarıqlarını sınayıb.

Yarışlar kombinə edilmiş yanğın estafeti, maneələr zolağı, komandaların təqdimatı və gənc ekspertlər müsabiqəsi adlı mərhələlərdən ibarət olub.

Qeyd edək ki, zona yarışlarında 1 və 2- ci yerləri tutan komandalar Qəbələ rayonunda keçiriləcək Respublika final yarışlarında iştirak etmək hüququ qazanacaq. Qəbələdə keçiriləcək 7 günlük yarışlarda isə qalib komandaya və iştirakçılara FHN tərəfindən xüsusi diplomlar, qiymətli hədiyyələr təqdim olunacaq. 

Müəllif | Apa.Tv