Prezident İlham Əliyev Vyetnama səfər edib-YENİLƏNİB
Azərbaycan Prezidenti İlham Əliyev Vyetnam Sosialist Respublikasına səfər edib.
Rəsmi qarşılanma mərasimindən sonra prezident İlham Əliyevin və Vyetnam prezidenti Truonq Tan Sanqın məhdud tərkibdə görüşü olub. Görüşdə ikitərəfli, beynəlxalq və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Məhdud tərkibdə görüş başa çatdıqdan sonra prezidentlərin nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüşü olub. Geniş tərkibdə danışıqlar başa çatdıqdan sonra Azərbaycan-Vyetnam sənədlərinin imzalanması mərasimi keçirilib.Azərbaycanla Vyetnam arasında ticarət-iqtisadi və vergi sahəsində 2 sənəd imzalanıb.
Hanoyda sənədlərin imzalanması mərasimi başa çatdıqdan sonra prezident İlham Əliyev və Truonq Tan Sanq mətbuata bəyanatlarla çıxış ediblər.