Samuxda 14 yaşlı yeniyetməni ilan sancıb
Ölkə ərazisində havaların istiləşməsi ilə ilansancmaların da sayı artmağa başlayıb. Növbəti anoloji hadisə Samuxda qeydə alınıb. Rayonun Alabaşlı qəsəbəsində 14 yaşlı Ayxan İsgəndərov yaşadığı evin bağında ot yolarkən ilan onun əlindən sancıb. Yeniyetmə dərhal Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib. Xəstəyə ilan zəhərinə qarşı zərdab vurulub. Xəstəxananın həkimi Ələddin Kərimov bildirib ki, daxil olarkən xəstənin vəziyyəti ağır olub. Şiş yuxarı ətrafın dirsək nahiyəsinə kimi çoxalıb. Sonradan isə şiş qoltuq nahiyəsinə kimi artıb. Daha sonra, xəstənin vəziyyəti ağır olduğundan onu Bakı şəhər Toksikologiya Mərkəzinə göndəriblər. Hazırda Ayxan İsgəndərovun vəziyyəti ağır olaraq qalır.