Meşə yanğınları zamanı nə etməli? – TƏLİM
Xaçmaz şəhərində Fövqəladə Hallar Nazirliyinin qurumları və digər mərkəzi icra hakimiyyəti orqanları qüvvələrinin iştirakı ilə “Meşə yanğınları zamanı Şimal Regional Mərkəzinin, nazirliyin qurumlarının regionda yerləşən struktur bölmələri və digər aidiyyəti dövlət qurumları ilə qarşılıqlı fəaliyyətinin təşkili ” mövzusunda taktiki xüsusi təlim keçirilib.
APA TV-nin xəbərinə görə, təlimin keçirilməsində məqsəd fövqəladə hadisələr zamanı yanğınsöndürmə və xilasetmə bölmələrinin şəxsi heyəti qarşısında qoyulan tapşırıqların birgə fəaliyyətlə yerinə yetirilməsi sahəsində əməli vərdişlərin aşılanmasından ibarətdir. Təlimə Nazirliyin qurumları və Şimal regionunda yerləşən struktur bölmələri, eləcə də digər mərkəzi icra hakimiyyəti orqanlarının qüvvə və vasitələri cəlb edilib. Təlimi izləyən Fövqəladə Hallar Nazirinin müavini Etibar Mirzəyev bildirib ki, təlimdə nazirliyin 113 canlı qüvvəsi, 2 helikopteri, eləcə də çoxlu sayda texnikası cəlb olunub.
Etibar Mirzəyev bu kimi təlimlərin gələcəkdə də davam etdiriləcəyini qeyd edib.