Moskvada “Artsax Dövlət Kapellası”nın konserti ləğv edilib

Moskva Dövlət Konservatoriyası Raxmaninov zalında qondarma “Artsax dövlət kapellası”nın sabaha planlaşdırılan çıxışını ləğv edib. APA TV-nin məlumatına görə, bu qərar “APA Holding”ə daxil olan “Vesti.az” saytında və APA İnformasiya agentliyində dərc olunan xəbərlərdən sonra qəbul edilib. Yayılan xəbərlərdən sonra Azərbaycanın Rusiyadakı səfirliyi və diaspor təşkilatlarımız prosesə müdaxilə edib, konsertin təxirə salınmasına nail olublar. Çaykovski adına Moskva Dövlət Filarmoniyasının konsert fəaliyyəti departamentinin direktoru Vitali Katkov “Vesti.az”a açıqlamasında Qarabağ separatçılarına səhnə verilməsi faktından xəbərdar olmadığını, faktı dəqiqləşdirdikdən sonra müvafiq tədbir görəcəklərini deyib. Artıq adıçəkilən konsert ləğv olunub və konsertlə bağlı anons Konservatoriyanın saytından çıxarılıb. 

Müəllif | Apa.Tv
Apa.tv