Bakıda qadın özünü 13-cü mərtəbədən atmaq istəyib - İNTİHAR CƏHDİ
Bakıda intihar etmək üçün çoxmərtəbəli binaya çıxan qadın xilas edilib.
Hadisə Yasamal rayonunda, Bəsti Bağırova küçəsi ilə Murtuza Muxtarova küçələrinin kəsişməsində yerləşən binada qeydə alınıb. 55 yaşlı Sevda Əhmədova binanın 13-cü mərtəbəsində yerləşən evin pəncərəsinə çıxaraq intihara cəhd edib. Hadisə yerinə dərhal Fövqəladə Hallar Nazirliyinin xüsusi xilasetmə qüvvələri gəlib, ərazidə təhlükəsizlik tədbirləri görülüb. Qadınla danışıqlardan sonra onu fikrindən daşındırmaq mümkün olub. O xilasedicilərə bildirib ki, intihar etməyinə səbəb evinin əlindən alınması olub. Onun sözlərinə görə, yaşadığı binanın komendantı və həyat yoldaşı onun evini boşaltdırıblar. Evin əşyaları binanın qarşısında yükdaşıma xidmətinə məxsus avtomobilə yüklənilib. Faktla bağlı araşdırılma aparılır.