Avropalı deputatlar Ağdamda olublar
Norveç parlamentinin bir neçə üzvü, o cümlədən, Avropa Şurası Parlament Assambleyasının Finlandıyadan olan keçmiş üzvü Ağdamda olublar. APA TV-nin Qarabağ bürosunun xəbərinə görə, Norveç Stortinqinin (parlamentinin) üzvləri İnqebjorq Qodskesen, Karin Valdest, Karl Qardarsson və finlandiyalı ictimai- siyasi xadim, Avropa Şurası Parlament Assambleyasının keçmiş üzvü Yaakko Laakso Ağdamın Quzanlı qəsəbəsinə gediblər.
Rayon İcra Hakimiyyətinin başçısı Raqub Məmmədovla görüşdən sonra qonaqlar məcburi köçkünlər üçün salınmış yeni qəsəbədəki 18 saylı orta məktəbdə, daha sonra isə təmas xəttinə yaxınlıqda yerləşən Çıraqlı kəndində olublar. Onlar Ermənistan silahlı qüvvələri tərəfindən atəşə tutulan evlərə baxıblar, fotolar çəkiblər.