1-ci vitse-prezident Mehriban Əliyeva Rusiyada rəsmi səfərdədir

 

Azərbaycanın 1-ci vitse-prezidenti Mehriban Əliyeva Rusiyaya rəsmi səfəri çərçivəsində Dövlət Tretyakov Qalereyasına gedib.

APA TV-nin məlumatına görə, 1-ci vitse-prezident və Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva 8-ci Moskva Beynəlxalq Müasir İncəsənət Bienallesi ilə tanış olublar.

 

Azərbaycanın 1-ci vitse-prezidentini Dövlət Tretyakov Qalereyasının direktoru Zelfira Trequlova və Moskva Beynəlxalq Müasir İncəsənət Biennalesinin kuratoru Yuliya Muzıkantskaya qarşılayıb. Zelfira Trequlova Mehriban Əliyevaya Beynəlxalq Müasir İncəsənət Biennalesi haqqında məlumat verib.

 

Biennaledə Rusiya, Avstriya, Bəhreyn, Almaniya, Səudiyyə Ərəbistanı, İtaliya, Almaniya, Çin, Niderland, ABŞ, Fransa rəssamları iştirak edir. Müasir İncəsənət Biennalesində 11 ölkədən 34 rəssamın 50-dən çox əsəri nümayiş etdirilir.

 

1-ci vitse-prezident Azərbaycan rəssamları Orxan Məmmədovun “Estetikanın saxlanması ideyası” və Leyla Əliyevanın “Əbədiyyət” multimedia installyasiyaları ilə tanış olub.

 

Orxan Məmmədovun installyasiyada müxtəlif dövrlərə aid 50-dən çox Azərbaycan xalçasının naxışları toplanıb. Leyla Əliyevanın rəhbərliyi ilə 20 nəfərdən ibarət yaradıcı kollektivin videoart janrında hazırladığı “Əbədiyyət” əsərində insan cəsarətindən əks olunur.

Sərgidə XX əsrin 11 məşhur rəssamının əsərləri nümayiş etdirilir.

Müəllif | Apa.Tv
Apa.tv