10 gün əvvəl itkin düşmüşdü, meyiti tapıldı

Qax rayonunda 10 gün əvvəl itkin düşən şəxsin meyiti su arxında tapılıb.

APA TV-nin məlumatına görə, Qax rayonu Qaxbaş kənd sakini 57 yaşlı Abdulla Abdullayevin meyiti bu gün səhər saatlarında Qax-İlisu avtomobil yolunun Qaxbaş kəndi ərazisindən keçən hissəsində yolun kənarında yağış və çirkab sularının axması üçün tikilmiş su arxında aşkar edilib. Hadisə yerinə rayonun hüquq-mühafizə orqan əməkdaşları və təcili tibbi yardım briqadası cəlb edilib. Meyit su axrından çıxarılaraq müayinə edilmək üçün Məhkəmə tibbi ekspertiza və pataloji anatomiya birliyinin Qax rayon şöbəsinə təhvil verilib.

Qeyd edək ki, Abdulla Abdullayev yanvarın 24-də yaşadığı ünvandan çıxaraq geri qayıtmayıb.

Faktla bağlı Qax rayon prokurorluğunda araşdırma aparılır.

 

Müəllif | Apa.Tv
Apa.tv