10 günə hərbi xidməti başa vuracaqdı, amma şəhid oldu
10 gün sonra hərbi xidmətini bitirib evinə qayıdacaqdı, amma qismət olmadı. Yaşadığı evə 3 rəngli bayrağa sarılmış cənazəsi gəldi. Şəhid Devid Cəlilov Xaçmaz rayonun Xudat şəhərindən hərbi xidmətə yollanmışdı. İki bacının yeganə qardaşı idi. 19 yaşı var idi. Ordumuz tərəfindən həyata keçirilən antiterror əməliyyatı zamanı şəhidlik zirvəsinə ucaldı. Devid Cəlilovun nəşi Xudat şəhər qəbiristanlığında torpağa tapşırılıb. Qeyd edək ki, şəhid əsgərimiz subay idi. Vəli Turan, Cəfər Talıb, Rizvan Hacıyev, APA TV